Ayətullah Sistanidən livanlılara HUMANİTAR TƏŞƏBBÜS
İslamazeri.com xəbər verir ki, böyük mərcəi-təqlid Ayətullahul-uzma Sistaninin Livandakı ofisi humanitar təşəbbüsün fəaliyyətə başladığını elan edib.
Bu təşəbbüsün məqsədi Livanın müxtəlif bölgələrində mənzillərdə və şəxsi evlərdə məskunlaşan, təcili ehtiyacları olan izzətli köçkünlərə yardım göstərilməsində iştirak etməkdir. Sözügedən yardım pul köçürmə şirkətləri vasitəsilə maliyyə vəsaitinin ödənilməsi formasında həyata keçirilir.
Shafaqna-nın Livan bölməsinin verdiyi məlumata görə, bu təşəbbüs müəyyən edilmiş qayda və meyarlar əsasında, müraciətlərdəki zəruri şərtlər tamamlandıqdan sonra köçkünlərin çətinliklərini və əzablarını azaltmaq məqsədilə icra olunur.
Bu məqsədlə elektron forma ayrılmışdır və müraciət edənlər həmin formanı doldurmaqla bu yardımdan yararlana bilərlər.