1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:10.03.2021 17:03:28

Yeni dünya nizamları ilə müasir dövrün siyasi, dini və mədəni elitası arasında kataqorik müqayisə aparmaq istədikdə istifadə edə biləcəyimiz mühüm indekslərdən biri də bir məktəbin “dialoq”a inanması və bunu mədəni və ictimai-siyasi nizamların yaxşılaşdırılması üçün istifadə edə bilməsidir.

İslamazeri.com tanınmış jurnalist və araşdırmaçı, Əbülfəzl Fatehin məqaləsinin tam mətnini təqdim edir:

Allahın adı ilə

Dialoq və “hörmət qanunu” məktəbi

Ayətullah Sistani və şiə doktrinasında dialoqun qanuniliyinə yeni tərif

Bir islahatçının hikmət pərdələri

Yeni dünya nizamları ilə müasir dövrün siyasi, dini və mədəni elitası arasında kataqorik müqayisə aparmaq istədikdə istifadə edə biləcəyimiz mühüm indekslərdən biri də bir məktəbin “dialoq”a inanması və bunu mədəni və ictimai-siyasi nizamların yaxşılaşdırılması üçün istifadə edə bilməsidir.

Dialoq məktəbinə inananlar düşüncə və fəaliyyət dünyasına interaktiv baxırlar. Dialoqun daxilindən yeni bir dəyişikliyin doğulması barədə düşünürlər.

Dialoqa inananlar onun əqli məlumatına və rasional nəticələrinə vəfadardırlar və nəticə nə olursa, olsun yeni mövqedə dayanırlar. Sərbəst danışan kəs, asan da dinləyir. Burada ağıl hökm edir, məcburiyyət yoxdur. Bu paradiqmada dialoq strategiya və həll yolu kimidir, dialoq əsas yoldur və digər yollar sanəvidir.

Ayətullahın düşüncə və davranışındakı dialoqun təməli 

Papa ilə Ayətullah Sistaninin görüşü müasir dünyada dialoqun əhəmiyyətini əks etdirir. Ayətullah Sistaninin dialoqa və (irqindən və dinindən asılı olmayaraq sülh içində) birgə yaşayışa olan inamı onun təkcə əxlaq və sirəsində deyil, həm də fiqhi mərcəiyyətində kök salmış və parlamış və ona şiənin iftixarlı tarixində çox yüksək bir məqam vermişdir.

İraqın hadisə, münaqişə və boşluqlarla dolu cəmiyyəti Ayətullah Sistani məktəbinin fikri və ictimai tərəfləri ilə tanışdır.

İraq xalqı bunu təqlid mərcəsinin bütün dinlər, məzhəblər və tayfalardan olan hər kəsin hüquqlarını rəsmi tanımasında, İraqın poliqon cəmiyyətində hamının ölkənin taleyində müştərək rol ifa etməsini vurğulamasında, çoxluq azlığa diktatorluq etməsinə qarşı çıxmasında, dinlər və tayfaların barış içində birgə yaşamasını zəruri hesab etməsində, müxaliflərin etiraz etmək hüquqlarını tanımasında, partiya və mediaların azadlığına önəm verməsində, irqi və məzhəbi ixtilafların çoxalmasının qarşısını almağa çalışmasında, cəmiyyətin təbəqələrə bölünməsinin qarşısını almasında, ruhaniyyətin siyasətə birbaşa müdaxiləsindən uzaq qalmasında, dövlətin icrayi işlərinə birbaşa müdaxilə etməməsində və siyasi işlərin xırdalıqlarınacan müdaxilə etməməsində görüblər.

Ayətullahın bütün bu xüsusiyyətləri və siyasi, mədəni və ictimai həyatındakı bütün bu indekslər onun fiqhi yaradıcılığından, fiqhi qayqalara əsasən insan hüquqları və bəşəriyyətin müştərək maraqlarına sərgilədiyi yenilikçi nəzəriyyələrinin məhsuludur. O, bu baxışla bəzi fiqhi qaydaların strukturuna dinamiklik bağışlamışdır. Məsələn, Ayətullah Sistani “ilzam qaydası” (məsləhət) əsasında icazə verib ki, mömin müsəlmanlar bəzi istəklərinin həyata keçməsi üçün digər məzhəblərin qanunlarına istinad edə bilərlər, hətta o qanun öz məzhəbi tərəfindən təsdiq edilməmiş olsa belə.

Ayətullah Sistani bu məsələni “hörmət (ehtiram) qaydası” əsasında izah edir. Yəni digərlərin məzhəbi və dini qanunlarına hörmətlə yanaşmaq və düşüncə azadlığını tanımaq. Bu qaydaya əsasən hər bir dinin, məzhəbin və firqənin öz nikah qanunları var. Müşriklərin bir-biri ilə evlənməsi öz nikah qanunları əsasında doğrudur.

Ayətullah Sistaninin “Qərb ölkələrində yaşayanlar üçün fiqh qanunları” toplusu digər dinlərin və ölkələrin hüquqlarının qorunması barədə onun düşüncələrin sərgiləyən bir nümunədir.

Nəcəfin “Şareur-Rəsul” sakininin dialoq bacarığı

Papanın bu səfərinin hədəfləri barədə fikir bildirmək istəmirəm, bu, öz yerində araşdırılmalıdır. Xristian aləminin böhran yaşadığı bir zamanda Papanın İraqa səfər etməsini Vatikanın dünyagörüşü və kilsə mədəniyyəti tələbincə xristianlığı dünyanın hər bir yerində yaşatmaq çabası kimi dəyərləndirmək olar. Amma Papanı uzun və çətin bir səfərə vadar edən, özü də Nəcəfdə baş tutan bu tarixi görüşün köklərini Ayətullah Sistaninin düşüncə tərzi və intellektual görüşündə axtarmaq lazımdır ki, dünyanın gözünü özünə tikmişdir. Bunun nəticəsindədir ki, Ayətullahın vüqarı və əzəməti təkcə dialoqun mətninə deyil, hətta Papanın oturuşuna da təsir qoyur. Nəticədə bu görüşün müştərək bəyanatında ədalətsizlik, zülm, müharibə, iqtisadi sanksiyalar, işğalçılıq, xüsusilə də Fələstinin işğal edilməsi pislənir və insanların ədalətli bir cəmiyyətdə barış içində birgə yaşamaq hüquqlarının olduğu vurğulanır.

Əlbəttə kilsə rəhbərlərinin xristianlığı qorumaq üçün səfər etmələrinin qədim tarixi var. Onlar bundan öncə də İslam dininin rəhbərləri və böyükləri ilə görüşüblər və dinlərarası qarşılıqlı əlaqələrdən danışıblar. Bundan əlavə əhli-sünnə məzhəbinin də böyükləri şiə mərcələri ilə görüşmüş və məzhəblərarası yaxınlığın yaxşılaşdırılması üçün fəaliyyət göstərmişlər.

Şiəlik və cahanşümul doktrina

Şiələr dünyanın müxtəlif yerlərində pərakəndə və azlıqda yaşasalar da onların dini mərcəiyyəti var ki, şiəliyi tarixin müxtəlif böhranlarında qoruyub saxlayır. - Məqalənin davamı


Ayətullah Sistani və şiə doktrinasında dialoqun qanuniliyinə yeni tərif

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rəhimə Xanım (s.ə) ziyarətgahı - VİDEO LAYİHƏ
    “Shafaqna Azərbaycanca”nın video layihəsi çərçivəsində Rəhimə Xanım (s.ə) ziyarətgahı ilə bağlı hazırladığı videonu təqdim edirik.
     8.04.2021
    Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb - VİDEO
    Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.
     8.04.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ