1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:15.02.2021 18:57:45

Ayətullah Lütfullah Safi Gülpayqaninin mübarək Rəcəb ayı ilə bağlı illər öncə verdiyi nəsihəti

Az.shafaqna.com böyük təqlid mərcələrindən olan Ayətullah Lütfullah Safi Gülpayqaninin mübarək Rəcəb ayı ilə bağlı illər öncə verdiyi nəsihətini sizə təqdim edir:

“Salam olsun Rəcəb ayına!
Salam olsun Rəcəb əhlinə!
Salam olsun oruc tutanlara!
Salam olsun etikaf edənlərə!
Salam olsun “Hardadır Rəcəb əhli” nidasına səs verən, Allahın rəhmət süfrəsində nemətlərindən istifadə edənlə siz əzizlərə!
Bu böyük səadət və nemətlə fəxr edin və Allahın şükrünü əda edin.

Hansı dünya ləzzəti bu ləzzətlə müqayisə oluna bilər? Hardadır günahla bərabər olan maddi əyləncələr fikrində olanlar? Allaha yaxınlaşmaq və uca məqamlara yetişmək üçün maddi dəyər müəyyən etmək olarmı? Əsla, əsla! Bura mübarək şərif ayəni təfəkkürlə oxumağın yeridir:

“Ey iman gətirənlər! Sizi həyat verəcək şeylərə (məsələlərə) səslədiyi zaman Allahın Peyğəmbərinin (s) çağırışına cavab verin” (Ənfal 24)

Bəli budur həqiqi həyat və budur mənəviyyatla dolu və Allaha yaxnlaşmaq üçün xərclənən həyat.

Özümüzü ilahi tapşırıqları yerinə yetirmək üçün hazırlayaq və rəhmət Peyğəmbərinə (s) ərz edək: Sizin şərəfli 12-ci övladınızın vücudu qeyb dövründə olduğu müddətdə, biz xüsusən cavanlar və oruc tutanlar bütün vücudumuzla bildiririk ki, fədakar bir əsgər kimi Əhli-Beytin və islamın nurani maarifini qoruyacağıq. Yaxşılıqlara əmr edib, pisliklərdən çəkindirməyi və dində olan bidətləri və mənfi fikirləri aradan aparmağı öz vəzifəmiz bilirik və bu əməllərə aləmin vəlisinin zühurunadək sadiq qalcağıq.

Əzizlər! Bu dəyərli zamanların qədrini bilin və həm özünüz, həm digərləri,  həm də düşmən əlində olan islami məmləkətləri üçün dua edin. Onların qələbəsini və baş ucalıqlarını eyni zamana imam Zamanın (ə) zühurunu Allahdan diləyin”.

İlahi onun fərəcini tezləşdir, zühur zamanını yaxın et və bizi onun köməkçilərindən qərar ver. Amin ya rəbbəl aləmin”.


Ayətullah Safi Gülpayqaninin Rəcəb ayı ilə bağlı nəsihəti

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İtkin düşən daha bir zabitin şəhid xəbəri gəldi
    Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.
     27.02.2021
    Bu gün Həzrəti Zeynəbin (ə) vəfat günüdür
    Hicri qəməri tarixi ilə Rəcəb ayının 15-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı xanım Zeynəbin (ə) vəfat günüdür
     27.02.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ