EURO 1,9978 NEFT 78,59
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:13.03.2018 18:05:14

Ayətullah Əhməd Cənnəti yenidən İranın alimlər şurası - "Xobreqan" məclisinin sədri seçilib

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Ayətullah Əhməd Cənnəti yenidən İranın alimlər şurası - "Xobreqan" məclisinin sədri seçilib.

Bu haqda məclisin üzvü Seyid Əli Əsğər Dəstqeyb bildirib. Onun sözlərinə görə, Ayətullah Əhməd Cənnəti səs çoxluğu ilə yenidən bu vəzifə üçün seçilib.

"Bu seçkilərdə Ayətullah Əhməd Cənnəti altmış altı səslə bir daha sədr seçilibdir. Ayətullah Seyid Mahmud Haşemi Şahrudi yetmiş iki səslə birinci, Ayətullah Muhəmməd Əli Müvəhhidi Kirmani də yetmiş səslə ikinci sədr müavini seçiliblər.", -deyə Seyid Əli Əsğər Dəstqeyb qeyd edib.

 Ayətullah Əhməd Cənnəti məclisin dördüncü iclasında deyib: "İran İslam İnqilabının qələbəsilə unudulmuş fədakarlıq və şəhadət mədəniyyəti yenidən canlandı.  İslam İnqilabı düşmənlə mübarizə və savaşı idarə etmək qüdrətinə də malikdir. Bəsic könüllüləri və  Sepah İslam İnqilabının nailiyyətləri kimi qorunmalıdırlar. Rəsmilər diqqətli olsunlar ki, düşmən fitnə törətmək və ingilis şiəsi və amerikan sünnisini işə salmaq istəyir."

Qeyd edək ki, bir neçə gün öncə Ayətullah Cənnəti Tehranın İmam cümə vəzifəsindən kənarlaşması üçün İslam İnqilabının Ali Dini lideri Ayətullah Xameneiyə məktub yazmış və xahişi qəbul olmuşdu.


Ayətullah Cənnəti yenidən "Xobreqan" məclisinin sədri seçildi: İlk açıqlama

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Astanada Xəzərin statusu üzrə işçi qrupunun iclası keçirilir
    Danışıqlarda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edir.
     21.05.2018
    Bakıda parkda soyğunçuluq edən şəxslər tutulub
    Faktlarla bağlı rayon polis idarələrində araşdırmalar aparılır.
     21.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ