1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.10.2019 12:25:24

Oktyabrın 11-də Bakının Yasamal rayonunda "İnşaatçılar" metrosunun yaxınlığında təkadamlıq aksiya keçirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Tofiq Məmmədov polis tərəfindən saxlanılıb.

Oktyabrın 11-də Bakının Yasamal rayonunda "İnşaatçılar" metrosunun yaxınlığında təkadamlıq aksiya keçirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Tofiq Məmmədov polis tərəfindən saxlanılıb.

Bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, Məmmədova xırda ticarətlə məşğul olmaq imkanı verilmir.

"Uzun müddətdir polis Tofiqə xırda ticarətlə məşğul olmaq imkanı vermir. Digərləri isə rahat ticarətlə məşğul olur. Tofiqə qarşı siyasi baxışlarına görə ayrıseçkilik edirlər. O buna etiraz olaraq aksiya keçirib və polis saxlayıb," AXCP-nin məlumatında deyilir.

AXCP bildirir ki, Məmmədov Yasamal Rayon Polis İdarəsinə aparılıb. Sonra məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə təqsirli bilərək 10 sutka inzibatı həbsə məhkum edib.

Tofiq Məmmədov son bir ildə azı dörd dəfə 10 sutkadan 30 sutkayadək inzibati qaydada həbs edilib.

Öz növbəsində Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti bildirir ki, qanunsuz küçə ticarəti ilə məşğul olan AXCP üzvü Tofiq Məmmədovun polis tərəfindən saxlanılmasının onun siyasi mənsubiyyətilə əlaqəsi yoxdur.

Məlumatda deyilir ki, Məmmədov əvvəllər Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq) maddəsi ilə məhkum olunub, həmçinin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olduğuna görə, dəfələrlə inzibati məsuliyyətə cəlb olunub.

“O, ictimai diqqəti üzərinə yönəltmək üçün fəaliyyətinin siyasi mənsubiyyəti ilə bağlı olduğuna dair iddialar irəli sürməklə metronun “İnşaatçılar” stansiyasının qarşısında təkbaşına aksiya keçirməyə cəhd göstərdiyinə görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Ona ticarətlə məşğul olmasına dair müxtəlif yerlər təklif olunsa da, o, bu təkliflərdən imtina edib, yalnız əhalinin sıx olduğu, piyada gediş-gəlişinin intensiv olduğu yerlərdə qanunsuz fəaliyyətini davam etdirib. Həmin iddiallar əsassızdır, həqiqəti əks etdirmir,” Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidməti qeyd edir. (Amerikanınsəsi)


AXCP fəalı, təkadamlıq aksiya keçirən şəxs saxlanılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Şəhristanilə danışdım, müalicə kursu uğurla sona çatıb
    Bunu “Alulbayt Gürcüstan”ın rəhbəri, Ayətullah Şəhristaninin Gürcüstan nümayəndəsi Hacı Faiq Nəbiyev bildirib.
     07.07.2020
    Məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir
    Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində bildirib.
     06.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ