EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:31.01.2019 00:57:10

“WikiLeaks” sənədlərində “Çavizm”in yıxılmasının sirləri açılıb; Asim Mollazadə və Sərdar Cəlaloğlundan çarpaz reaksiyalar...

Venesuela qarışıb, Nikolas Maduronun hakimiyyətini devirmək istəyirlər. Təbii olaraq da dünya mediası Venesuelanın idealist lideri Uqo Çavesin siyasi varisi N.Madurodan yazır.

Nikolas 2013-cü ilin martından prezidentdir. 2018-də daha 6 illik prezident seçilib.

O, gəncliyində rok qrupunda ifaçılardan olub, sonra Kubaya gedərək orada təhsilini davam etdirib. Geri qayıdanda paytaxt Karakasın bələdiyyəsində avtobus sürücüsü işləyib.

Maduro - Flores cütlüyünün yolu...

Maduro Sosialist Partiyasına üzv olduqdan sonra Çavesin ordu içində sivil müxalif qanadı olan “MBR-200″ə qoşulub.

Maduronun həyatının dönüş nöqtəsi 90-cı illərdə Sili Floreslə tanışlığıdır. Bu qadın 1992-ci ildə həbs edilən Çavesin müdafiə komitəsində təmsil olunub və inqilabçılardan biridir.

Image result for cilia flores

Həbsdən çıxaraq 1998-ci ildəki prezident seçkilərinə qatılan Çavesin zəfər qazanması Maduro-Flores cütlüyünün karyera yüksəlişinə səbəb olub.

Xanım Flores zamanla millət vəkili, parlamentdə spiker, Ədalət Nazirliyində vəzifə tutub. Maduro isə 2005-2006-cı illərdə spiker, sonra daxili işlər naziri vəzifəsini tutur.

2012-də Çaves onu xələfi elan edir. Nəhayət, 2013-də Maduro prezident postuna oturanda Floreslə rəsmi nikaha daxil olurlar.

Amma Nikolas hakimiyyəti tam əldə saxlaya bilmir, 2015-ci ildəki parlament seçkilərində uduzur və üstünlük müxalifətə keçir. Qarşıda isə növbəti seçki var: 2020-ci ildə Venesuelada parlament seçkiləri olacaq.

Amma seçkiyə il yarım qalmış Venesuela qarışıb, Maduro ilə müxalifət lideri – spiker Xuan Quaydonun tərəfdarları arasında toqquşmalar gedir, polislə etirazçıların qarşıdurmaları davam edir.

Ä°lgili resim

Böhran və “Nusr-Et” restoranında ziyafət

Venesueladakı proseslərin körüklənməsində ABŞ ittiham olunur. Ölkəyə edilən iqtisadi sanksiyalar inflyasiyaya səbəb olub, neft ucuzlaşıb, milli pul dəyərini itirib, işsizlik və böhran yaşanır, bahalaşma var.

Venesuela iqtisadiyyatının ixrac gəlirlərinin 95 faizini neft təşkil edir. Lakin Maduronun Qərbin enerji şirkətlərini Venesueladan çıxarması ABŞ-la düşmənçiliyin üstünə sanki benzin tökdü. Maduro Qərb şirkətlərini ölkədən çıxarmasaydı, bəlkə də bu hadisələr yaşanmazdı.

Maduronun geçmiÃ…Ÿi ile ilgili görsel sonucu

Az əvvəl isə ona və xanımına sui-qəsd təşkil olunması Maduronun Amerikaya yönəlik ittihamlarını daha da gücləndirdi.

Lakin ölkədəki iqtisadi şəraitin ağır vaxtında Maduronun xanımı ilə İstanbulda lüks “Nusr-Et” restoranında yeyib-içməsi ciddi etirazlar doğurdu.

Yeri gəlmişkən, son hadisələrdə Maduro hakimiyyətinə açıq dəstək verənlərdən biri də Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğandır. Eyni zamanda Rusiya, Çin də onu dəstəkləyir.

“WikiLeaks” “Çavizm”in devrilişindən nə yazıb?

Rusiyalı analitik Vladimir Proxvatilov yazır ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və dövlət katibi Mayk Pompeo çevriliş planının hazırlanmasında iştirak ediblər.

“Associated Press” agentliyi xəbər verib ki, Quaydo dekabrın ortalarında Venesuelanın Kolumbiya ilə sərhədini rəsmi sərhəd məntəqələrindən kənarda qeyri-leqal keçib və Vaşinqton, Kolumbiya və Braziliyaya səfər edib ki, müxalifətin kütləvi nümayişlərini bu ölkələrin rəsmiləri ilə razılaşdırsın.

Strateq.az yazıb ki, Venesuelanın qarışdırılması planı hələ on il qabaq prezident Uqo Çavesin dönəmində hazırlanmağa başlamışdı.

Bu, 2006-nın noyabrında ABŞ-ın Venesuela səfiri Uilyam Braunfildin gizli teleqramında şərh olunmuşdu; teleqramı sonradan WikiLeaks saytı dərc edib.

Plan Braunfild tərəfindən ABŞ-ın Cənub komandanlığı üçün hazırlanmışdı və “Çavesin siyasi bazasına sızma”, “Çavizmin parçalanması”, “ABŞ biznesinin həyati maraqlarının qorunması”, “Çavesin beynəlxalq səviyyədə təcridi”ni nəzərdə tuturdu.

Braunfild məlumat verib ki, USAID 2004-2006-cı illərdə Venesuelanın təxminən 300 QHT-sinə 300 milyon dollara yaxın vəsait ayırıb.

“The Intercept” portalı yazır ki, Amerikanın milyarder Kox qardaşlarının maliyyələşdirdiyi “Atlas Network” kürəsəl şəbəkənin Venesuela filialı indiki böhranda önəmli rol oynayır.

Çaves “Koch Industries” şirkətinə neft satmaqdan imtina edəndə onlar “Cedice Liberta” strukturu vasitəsilə Maduronun Mariya Korina Maçado və Leopoldo Lopes kimi siyasi düşmənlərini dəstəkləməyə başlamışdılar.

Thierry Meyssan ile ilgili görsel sonucu

Fransız publisisti, “Volter şəbəkəsi”nin qurucusu Tyerri Meysan hesab edir ki, ABŞ-ın məqsədi təkcə prezident Maduronu devirmək və Quaydonu onun yerinə qoymaq deyil, Latın Amerikası ölkələrində dövlət strukturunu dağıtmaqdan ibarətdir. Bəs Azərbaycan siyasətçiləri nə düşünür?

Image result for Asim MollazadÉ™

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Venesueladakı iqtidar qüvvələri xalqı səfalət vəziyyətinə salıblar: “Ölkədə nəinki qida və dərman tapmaq olmur, çörək üçün növbələr var. Minlərlə insan vətənini tərk edərək xaricdə sığınacaq axtarır. Bu proseslər neftlə zəngin ölkədə baş verir”.

Millət vəkilinin fikrincə, Venesuelada neft gəlirləri mənimsənilir və bunun nəticəsidir ki, xalq yoxsulluq, aclıq içindədir: “Bilirsiniz ki, son seçkilərin nəticələri tanınmamışdı və müxalifət təkrar seçki tələb edirdi.

Ona görə də müxalifətin lideri olan spiker bu hadisələrdə özünü prezident elan etdi, ABŞ, Avropa Birliyi ölkələri keçid hakimiyyətini tanıdı. Rusiya, Belarus və Kuba isə Venesuelanın mövcud rəhbərliyini qəbul edir.

Zənnimcə, bu böhrandan çıxış yolu yeni seçkilərin keçirilməsi və hərbçilərin iqtidardan çəkilməsi ola bilər. Əks halda, ölkədə vətəndaş qarşıdurması yaşanacağı gözləniləndir.  Biz istəyərik ki, Venesuelada sabitlik olsun və ölkə seçkiyə getsin”.

Sərdar Cəlaloğlu i ile ilgili görsel sonucu

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə əksini düşünür. Onun sözlərinə görə, ABŞ sərhədindəki ölkələrə müdaxilə edir: “Panama prezidenti Noryeqanı həbs etdi, Nikaraquada buna cəhd göstərdi.

Maduro da anti amerikan ovqatlı, kommunist təfəkkürlü adamdır, xalqının maraqlarını güdür. Onu iqtidardan uzaqlaşdırmaq isə ABŞ maraqlarına uyğundur”.

ADP lideri qeyd etdi ki, ABŞ Gürcüstandakı hadisələri Venesuelada təkrarlayır: “Gürcüstanda qadının prezident seçilməsi müəyyən qədər bu problemi tormozladı.

Amerika və Rusiya maraqları harada varsa, orada toqquşurlar. Qlobal dünyada elə bir proses yoxdur ki, üçüncü tərəf iştirak eləməsin. Suriyada İran və Rusiya Əsədi müdafiə etdi, Venesuelada isə Amerika müxalifəti dəstəkləyir.

Hakimiyyətlərin dəyişməsi yalnız xalqın iradəsi ilə olmur. Əgər ABŞ Venesuelada müxalifətə silah verməsə, qoşunlarını yeritməsə, Maduro duruş gətirə bilər”.


Avtobus sürücülüyündən prezidentliyə - Maduronun hekayəsi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Huawei” süni intellekt texnologiyaların istifadə olunduğu prosessoru təqdim edib
    “Huawei” şirkəti süni intellekt texnologiyalarının istifadə olunduğu yeni “Ascend 910” prosessorunu və yeni “MindSpore” proqram təminatını təqdim edib.
     23.08.2019
    Yeni
    "Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ