Avropa İttifaqı (Aİ) son vaxtlar İsraildə və işğal olunmuş Fələstin ərazilərində zorakılığın artması ilə bağlı dərin narahatlığını ifadə edərək, atəşkəsə çağırıb.
Avropa İttifaqı (Aİ) son vaxtlar İsraildə və işğal olunmuş Fələstin ərazilərində zorakılığın artması ilə bağlı dərin narahatlığını ifadə edərək, atəşkəsə çağırıb.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrellin ofisindən yazılı açıqlama verilib.
Açıqlamada “Aİ bu yeni zorakılıq dalğası və işğal olunmuş Fələstin ərazilərində və İsraildə təhlükəsizlik vəziyyətinin pisləşməsindən və Qəzza ətrafında uşaqlar da daxil olmaqla, qəbuledilməz mülki itkilərə səbəb olan hadisələrdən dərin narahatdır” deyilib.
İsrailin Qəzzadakı hərbi əməliyyatlarına və İsrailə qarşı qəbuledilməz raket atəşinə son qoyacaq hərtərəfli atəşkəs tələb edilən açıqlamada Münhen qrupunun birgə bəyanatına istinad edilib.
"Aİ xüsusilə Misirin dərhal atəşkəsə nail olmaq səylərini xüsusilə yüksək qiymətləndirir", - açıqlamada qeyd olunub.
Xatırladaq ki, İsrail ordusu mayın 9-da sübh radələrində İslami Cihad Hərəkatının rəhbərliyini hədəfə aldığını əsas gətirərək blokada altındakı Qəzzaya hücum edib.
Hücumlarda İsrail indiyədək İslami Cihadın yüksək rütbəli heyətinin 5 üzvünü, o cümlədən hərəkatın raket bölməsinə məsul olan Əli Həsən Qalini öldürüb.
İsrail ordusunun hücumlarında həyatını itirən fələstinlilərin sayı 29-a çatıb, yaralıların sayı isə 90-ı keçib.