Atəşkəsə məhəl qoymayan İsrail Livanı yenidən bombalayıb

Atəşkəsə məhəl qoymayan İsrail Livanı yenidən bombalayıb
Yayınlanma tarixi: 4/24/2026 2:30:01 PM

Atəşkəsə məhəl qoymayan İsrail Livanı yenidən bombalayıb.

İslamazeri.com xəbər verir ki, İsrail hərbi təyyarələri atəşkəsə baxmayaraq, Livanın cənubundakı şəhərlərə hücumlar təşkil edib.

Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail təyyarələri səhər saatlarında Yahoon, Cumeimah, Baraşit və Haris şəhərlərini hava hücumları ilə hədəfə alıb.

Hücumların bölgədəki infrastruktura və binalara ciddi ziyan vurduğu bildirilib.

Hədəf götürülən şəhərlər Livanın cənubunda İsrail tərəfindən işğal edilmiş ərazilərin xaricində yerləşir.

Səhər saatlarında İsrail ordusunun söküntü fəaliyyətlərini davam etdirdiyi Hiyam şəhərində də partlayış baş verib.

GÜNÜN MANŞETLERİ