AQTA bəzi şirkətlərə xəbərdarlıq edib

AQTA bəzi şirkətlərə xəbərdarlıq edib
Yayınlanma tarixi: 5.04.2023 13:33:41

Bu barədə AQTA-dan məlumat verilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Çindən Azərbaycana qida məhsulları gətirən bəzi şirkətlərə xəbərdarlıq edib.

Bu barədə "İslamazeri.com"a AQTA-dan məlumat verilib.

Bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” qanunun 24.5-ci maddəsinə əsasən, bir sıra qida və yem məhsullarının Azərbaycanın gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri əvvəlcədən təsdiq edilməlidir.

Bununla bağlı, Agentlik əməkdaşları ötən dövr ərzində müvafiq tədbirlər icra edib və hazırda xarici ölkələrdə fəaliyyət göstərən, ölkəmizə qida məhsullarını tədarük edən şirkətlər və onların istehsal obyektlərinin təsdiqi həyata keçirilir.

Çindən də Azərbaycana bir sıra qida məhsulları gətirilir ki, onların da içərisində xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid yüklər var. Bunlardan iribuynuzlu mal-qara əti, ördək əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsulları göstərmək olar.

AQTA Çindən ölkəmizə qida məhsullarının ixracını həyata keçirən və bu ölkədən həmin məhsulların təchizatını təmin edən şirkətlərə xəbərdarlıq edərək bəyan edir ki, müvafiq qida obyektləri “Qida təhlükəsizliyi haqqında” qanunun müvafiq bəndinə uyğun təsdiq olunmalıdır. Aprelin 10-dək təsdiq üçün müraciət etməyən şirkətlərin yuxarıda qeyd olunan qida məhsullarını idxal etməsi mümkün olmayacaq.

GÜNÜN MANŞETLERİ