EURO 1,8782 TRY 0,2865
USD 1,7 RUB 0,0275
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:06.08.2019 14:35:18

Çərşənbə axşamı Bakı Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrliyi ilə dövlətə xəyanətdə ittiham olunan jurnalist Polad Aslanovun şikayətinə baxılıb.

Çərşənbə axşamı Bakı Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrliyi ilə dövlətə xəyanətdə ittiham olunan jurnalist Polad Aslanovun şikayətinə baxılıb.

O, ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı şikayət verib, amma məhkəmə şikayəti təmin etməyib, bu barədə Turan-a onun həyat yoldaşı Gülmira Aslanova bildirib.

Onun sözlərinə görə, DTX-nin İstintaq Təcridxanasında ürək-damar xəstəliklərindən əziyyət çəkən həyat yoldaşının vəziyyəti pisləşib və o, çox arıqlayıb.

Xatırladaq ki, xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb, növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılır.

Yerli və beynəlxalq təşkilatlar Aslanovun cinayət təqibini pisləyir, onun həbsinin əsl səbəbinin jurnalist fəaliyyəti olduğunu hesab edir.


Apellyasiya Məhkəməsi sayt redaktorunu həbsdə saxlayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zeynəb Süleymani: Bizləri öldürdükdə qollarımız Zülfüqar qılıncına dönür
    Qasim Süleymaninin qızı, Beyrutda atası üçün təşkil olunan mərasimə qatılıb.
     24.01.2020
    Bakıda müəllimlərdən 200 manat pul yığması direktoru işindən etdi...
    53 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən uzaqlaşdırılıb.
     24.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ