EURO 1,8968 TRY 0,2935
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:18.09.2019 13:06:42

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Bakı şəhər sakini, 27 yaşlı Vitali Kolosovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Bakı şəhər sakini, 27 yaşlı Vitali Kolosovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə əsasən, V.Kolosov 18 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi ötən il iyunun 22-də gecə saat 00:55-də Bakının Xəzər rayonunda baş verib. Belə ki, həmin gün rayonun Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb. Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb. Lakin iyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib. Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər yerinə benzin tökərək ona od vurub.


Anasını və qardaşını yandıran şəxsə 18 il həbs cəzası

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Həsən Ruhani Bakıya rəsmi səfərə gələcək
    İran prezidenti Həsən Ruhani və bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasına rəsmi səfərə gələcəklər.
     21.10.2019
    Bu il Azərbaycanda 34 dini icma dövlət qeydiyyatına alınıb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bu ilin 9 ayında dövlət qeydiyyatına alınan dini icmaların statistikasını açıqlayıb.
     21.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ