ANAMA Laçında maarifləndirmə təlimləri keçirir

ANAMA Laçında maarifləndirmə təlimləri keçirir
Yayınlanma tarixi: 25.10.2022 14:56:51

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən 24 oktyabr tarixindən başlayaraq Laçın rayonunda fəaliyyət göstərən Bakı Abadlıq Xidmətinin əməkdaşlarına “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” təlimləri keçirilir.

ANAMA-dan "İslamazeri.com"a verilən məlumata görə, mərhələli şəkildə keçirilməsi nəzərdə tutulan və ümumilikdə 700 nəfərlik heyəti əhatə edəcək təlimlərdə artıq qurumun 120 nəfər əməkdaşı iştirak edib.

Mütəmadi olaraq keçirilən təlimlərdə əməkdaşlara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumatlar verilib. Təlimçilər tərəfindən iştirakçılara nizam-intizamlı, məsuliyyətli və sayıq davranmağa, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, eləcə də şübhəli əşyalara toxunmamağa dair çağırışlar olunub.

Qeyd edilib ki, işğaldan azad edilmiş bütün rayonlarda bərpa-quruculuq və infrastruktur layihələrinin icrasına cəlb olunan şəxslərə ANAMA-nın müvafiq nümayəndələri tərəfindən maarifləndirmə tədbirləri davam etdirilir.

Müharibədən sonrakı dövrdə ANAMA-nın Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə tədbirləri ölkə üzrə 348 925 nəfər vətəndaşı əhatə edib. Dövlət qurumları və özəl müəssisələrin mütəxəssisləri üçün “Təlimçilərin Təlimi” ürzə maarifləndirmə proqramı da davam etməkdədir. Son günlərdə davamlı olaraq baş verən mina hadisələri səbəbindən Agentlik, bir daha vətəndaşlara verilən təlimatlara əsasən məsuliyyətli davranıb həm özünü, həm də yaxınlarını baş verə biləcək bədbəxt hadisələrdən qorumağa, bununla da aparılan minatəmizləmə fəaliyyətinə öz müsbət töhfəsini verməyə çağırır.

GÜNÜN MANŞETLERİ