Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:25.11.2021 14:03:56

"Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, beynəlxalq humanitar hüquq normalarını pozaraq ərazilərin minalanması zamanı öz mənfur xislətini ortaya qoyub".

"Təmizlədiyimiz ərazilərdə sürpriz, yəni təyinatı dəyişmiş minalara da rast gəlirik. Ani toxunuş ölümə səbəb ola bilər".

İslamazeri.com "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) 2 saylı təmizləmə qrupunun əməliyyat meneceri Ehtiram Cəfərov bildirib.

Onun sözlərinə görə, 2021-ci ilin yanvar ayından başlayan təmizləmə əməliyyatları əsasən Ağdam və Füzuli rayonu istiqamətində, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində aparılır: "Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, beynəlxalq humanitar hüquq normalarını pozaraq ərazilərin minalanması zamanı öz mənfur xislətini ortaya qoyub. Su borularının ətrafında və içərisində kiçik ölçüdə və maraqlı görünüşlü minalar yerləşdiriblər. Vətəndaşlardan xahiş edirik, ərazidə olarkən qəti belə əşyalara toxunmasınlar. Ani toxunuş ölümə səbəb ola bilər. Bütün bunlara baxmayaraq ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir".


ANAMA: "Düşmən su borularının içərisinə kiçik ölçülü minalar yerləşdirib"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ