Bakı şəhər Probasiya İdarəsində Amnistiya aktı tətbiq edilən məhkumlara qərarın təqdim olunması ilə bağlı tədbir keçirilib.
İslamazeri.com xəbər verir ki, Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov bildirib ki, bu gün 20 məhkuma qərar təqdim olunub. Onlar islah işləri, cərimə cəzaları, ictimai işlər, şərti məhkum edilmiş və azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilən şəxslərdir.
Qeyd edilib ki, ümumilikdə ölkə üzrə bu gün 60-a yaxın məhkum cəzadan azad edilib.
Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov bildirib ki, bu günə kimi İdarənin qeydiyyatında olan məhkumlardan 666 nəfəri qərar və məhkəmə verilən təqdimatlar əsasında azad edilib. 85 məhkumun cəzadan azad edilməsi məqsədilə müvafiq məhkəmələrə təqdimatlar verilib: “Cəzadan azad olunanlardan 473 nəfəri islah işləri cəzasına, 18 nəfər ictimai işlər cəzasına, 150 nəfər cərimə cəzasına, 25 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub".
Namiq İsmayılov qeyd edib ki, Amnistiya aktı əsasında cəzadan azad olunan məhkumlardan 92 nəfəri qadın, 558 nəfəri kişi, 47 nəfəri 60 yaşına çatan, 2 nəfəri isə Vətən müharibəsində iştirak edənlər olub.