EURO 1,9314 NEFT 61,56
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.02.2018 14:07:52

Bir neçə gün öncə həbs olunmuş Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarlarının həbsxanaları dəyişdirilib

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bir neçə gün öncə həbs olunmuş Türkiyənin tanınmış sünni alimi, "Furqan" təşkilatının təsisçisi və sədri Alparslan Kuytul və tərəfdarlarının həbsxanaları dəyişdirilib.

Məlumata görə, Kuytul Bolu Qapalı Həbsxanasına, iki tərəfdarı isə İzmir Həbsxanasına göndəriliblər. Digər tərəfdarlarının da baqa şəhərlərdəki cəzaevlərinə göndərildiyi mediaya bildirilib.

Qeyd edək ki, bir neçə gün öncə Alparslan Kuytul və tərəfdarları məhkəmə önünə çıxarılıblar. Onlar Adana Prokurorunun "vəqf, icma fəaliyyəti adı altında təsis etmə hədəflərinə zidd, Konstutusiyaya qarşı fikir və hərəkət birliyi içində addım ataraq ictimai təhlükəsizliyə qarşı fəaliyyət etmək və cinayətkar qruplaşma" ittihamı ilə məhkəməyə təqdim edilib və məhkəmə bütün təşkilat üzvləri haqqında həbs-qətiimkan tədbiri seçilməsi haqqında qərar çıxarıb.

Xatırladaq ki, bir neçə ildir Kuytul AKP hökümətinin siyasətini sərt tənqid etməkdə idi. Onun məhz Türk Ordusunun birbaşa Ərdoğanın əmrilə həyata keçirlən Suriya ərazisindəki kürd terrorçularına qarşı Afrin əməliyyatı ilə bağlı açıqlamasına görə, hədəfə tuş gəldiyi qeyd edilir. Kuytul Türk Ordusunun bu bölgədə oyuna gətiriləcəyini açıqlamışdı.

Alparslan Kuytun kimdir?


Alparslan Kuytul qapalı həbsxanaya köçürüldü

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin kimin prezident ola biləcəyindən danışdı: Adətən...
    Onun sözlərinə görə, peşəkar bilik və bacarıqlar lazım və faydalıdır.
     14.12.2018
    DSX Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa hissəsindəki döyüş postlarını təhvil alıb
    bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində deyib.
     14.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ