Almaniyada bütün uçuşlar təxirə salındı - SƏBƏB

Almaniyada bütün uçuşlar təxirə salındı - SƏBƏB
Yayınlanma tarixi: 17.02.2023 12:29:20

Almaniyanın “Lufthansa” aviaşirkəti tətil səbəbilə Frankfurt və Münhen hava limanlarından bu günə planlaşdırılmış bütün reyslərin ləğv edildiyini bildirib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu hava limanlarından olacaq 1300 reys ləğv edilib.

Buna görə digər hava limanlarında müxtəlif istiqamətlərdə reyslərin ləğvi və gecikmələri də gözlənilir.

“Lufthansa”dan verilən açıqlamada, ləğvlərdən təsirlənən sərnişinlərin əvvəlcədən məlumatlandırıldığı və sərnişinlərə alternativ rezervasiya təkliflərinin olduğu qeyd edilib. 

Açıqlamada, 18 fevral 2023-cü il şənbə günündən etibarən hava limanlarında müntəzəm uçuş əməliyyatlarının normala dönəcəyi bildirilib.

GÜNÜN MANŞETLERİ