Almaniya səfiri yenidən İran XİN-ə çağırılıb

Almaniya səfiri yenidən İran XİN-ə çağırılıb
Yayınlanma tarixi: 10.12.2022 10:26:52

Almaniya səfirinə bildirilib ki, Almaniya hakimiyyətinin təxribatçı hərəkətləri başqaları üçün yaxşı, özləri üçün isə pis görməsi ilə bağlı “ikili standartı” son dərəcə məyusedicidir.

Almaniya rəsmilərinin İranla bağlı açıqlamalarına görə, səfir Hans Udo Muzel İran Xarici İşlər Nazirliyinə çağırılıb.

İslamazeri.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda deyilib.

Almaniyanın Tehrandakı səfiri Hans Udo Muzel Almaniya rəsmilərinin İranın daxili prosesləri və ölkədə davam edən “qarışıqlıq və qeyri-sabitlik dəstəkləyici rəftarları” ilə bağlı “müdaxiləçi” bəyanatlarına cavab olaraq Xarici İşlər Nazirliyinə çağırılıb.

Bəyanatda bildirilib ki, Almaniyanın İranın daxili işlərinə davam edən qəbuledilməz müdaxiləsinə reaksiya olaraq, Tehranın etirazı səfir Muzelə çatdırılıb.

Xarici İşlər Nazirliyində keçirilən görüşdə Almaniya səfirinə bildirilib ki, Almaniya hakimiyyətinin təxribatçı hərəkətləri başqaları üçün yaxşı, özləri üçün isə pis görməsi ilə bağlı “ikili standartı” son dərəcə məyusedicidir.

Almaniyanın Tehrandakı səfiri Hans Udo Muzel İranın mesajını ölkəsinə çatdıracağını bildirib.

GÜNÜN MANŞETLERİ