Almaniya Konstitusiya Məhkəməsi Berlində müsəlman müəllimlərin hicab taxmasına icazə verilməsinin lehinə qərar verib.
İslamazeri.com xəbər verir ki, Almaniya Federal Konstitusiya Məhkəməsi Berlin əyaləti hökumətinin Federal Əmək Məhkəməsinin çıxardığı qərara qarşı şikayətini rədd edib.
Federal Əmək Məhkəməsinin çıxardığı qərara görə, müsəlman müəllimlərin hicab taxmasına qadağa qoyulması əsaslı deyil.
Almaniya məhkəmə sisteminin ən yüksək məhkəməsi olan Karlsrue Konstitusiya Məhkəməsinin sözçüsü məhkəmənin yanvarın 17-də bu iş üzrə yekun qərarını belə elan etdiyini açıqlayıb. Berlin əyalət hökuməti müsəlman müəllimlərin dərsdə hicab taxmasını qadağan edə bilməz.
Berlin təkcə müsəlman qadın müəllimlərə deyil, həm də hakimlər və polislər tərəfindən xristian simvollarına qadağa qoyan ilk əyalət olub.