Almaniya kanslerindən etiraf: İran gözləniləndən daha güclüdür
İslamazeri.com xəbər verir ki, Almaniya kansleri Fridrix Merz İranın "gözləniləndən daha güclü" olduğunu söyləyib.
Şimali Reyn-Vestfaliya əyalətinin Marsberq şəhərində tələbələr qarşısında çıxış edən kansler Merz ABŞ və İsrailin İrana qarşı apardığı müharibəni qiymətləndirib.
Merz ABŞ-ın İranla müharibədə hansı "çıxış strategiyası"nı həyata keçirdiyinin bəlli olmadığını və İranın Vaşinqtonu "alçaltdığını" bildirib.
Merz həmçinin İranın "danışıqlar prosesini çox məharətlə apardığını" və ölkənin "gözləniləndən daha güclü" olduğunu qeyd edib.