EURO 2,0859 NEFT 69,84
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.09.2017 12:47:32

Səkkiz əfqanıstanlı Almaniyadan deportasiya edilib.

Bu gün Almaniyadan deportasiya edilmiş 8 Əfqanıstan vətəndaşı öz ölkəsinə qayıdıb.

İslamazeri.com "Dailystar"-a istinadla xəbər verir ki, sığınacaq almaqla bağlı müraciətləri rədd edilərək deportasiya edilmiş əfqanları Kabil hava limanında polis və hökumət məmurları qarşılayıb.

Bildirək ki, bu il mayın 31-də Almaniyanın Kabildəki diplomatik nümayəndəliyinin binası yaxınlığında minalanmış avtomobilin partladılması ilə törədilmiş terror aktından sonra Berlin əfqan miqrantların deportasiya prosesini təxirə salmışdı. Həmin terror aktında 150 nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb. Məlumata görə, Almaniyadan çıxarılmış sonuncu qrup əfqanların altıncı deportasiya dalğasıdır.

Əfqanıstanın Qaçqın və Miqrasiya Nazirliyindən bildirilib ki, bu gün Almaniyadan 12 əfqanın deportasiya edilməsi gözlənilsə də, hələ ki, 8 nəfər bu ölkədən xaric edilib.


Almaniya əfqan miqrantları deportasiya etməyə başlayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İslam Əməkdaşlığı Təşkilatın konfransı Tehranda işə başladı
    İslam Əməkdaşlığı Təşkilatın 13-cü konfransı İran İslam Respublikasının paytaxtı Tehranda işə başlayıb
     16.01.2018
    Əli İnsanovun kassasiya şikayəti təmin olunmayıb
    Bu gün Ali Məhkəmədə Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
     16.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ