EURO 1,909 TRY 0,248
USD 1,7 RUB 0,0241
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:25.06.2020 11:39:58

Kollektiv immunitet COVID-19 xəstəliyini keçirmiş və ya peyvənd edilmiş əhalinin 43%-i ilə yarana bilər.

İslamazeri.com Sputnik-ə istinadən məlumatına görə, bu zaman bəşəriyyətin koronavirusu məğlub etməsi labüddür. "Science" jurnalının yazdığına görə, bu qənaətə Nottingem (Nottingham) və Stokholm Universitetinin riyaziyyat alimləri gəlib.

Kollektiv immunitetin səviyyəsi virusa davamlı əhalinin nisbəti ilə müəyyən edilir. Tədqiqatçılar kollektiv immunitetin inkişafını qiymətləndirmək üçün riyazi metoddan istifadə ediblər.

Nottingem Universitetinin professoru Frenk Bollun sözlərinə görə, cəmiyyət nə qədər aktivdirsə, o, infeksiyanın öhdəsindən bir o qədər tez gəlir və kollektiv immunitet yaranır. Məqalədə qeyd edilir ki, məhdudlaşdırıcı tədbirlər olmadıqda lazımi səviyyəni əldə etmək mümkündür.

Bununla yanaşı, Rusiya Səhiyyə Nazirliyinin Baş epidemioloqu, Rusiya Elmlər Akademiyasının akademiki Nikolay Briko hesab edir ki, kollektiv immunitet 60-70 faiz olduğu halda əhalinin virusdan müdafiəsi haqqında danışmaq olar. Bununla yanaşı, mütəxəssis qeyd edib ki, rusların koronavirusa qarşı immuniteti əhalinin 95 faizini əhatə edən peyvəndləmə zamanı yaranacaq.


Alimlərdən koronavirusla bağlı iddia: Bu baş verərsə kollektiv immunitet yaranacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Məhkəməsi
    Təşkilatının təsisçilərindən Taner Kılıc isə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib
     04.07.2020
    Siqaret koronavirusu yaya bilərmi?
    İspaniya səhiyyə nazirliyi bildirir
     04.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ