"Ali təhsil sistemində islahatlar aparılacaq"

Yayınlanma tarixi: 5/18/2023 10:57:12 AM

Bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Ali Təhsildə Keyfiyyət Təminatı və Keyfiyyətin Gücləndirilməsi” mövzusunda Beynəlxalq Forumda çıxışı zamanı deyib.

"Ali təhsil sistemi biz istəsək də, istəməsək də dəyişməlidir. Bu sahədə ciddi islahatlar aparılmalıdır".

İslamazeri.com xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Ali Təhsildə Keyfiyyət Təminatı və Keyfiyyətin Gücləndirilməsi” mövzusunda Beynəlxalq Forumda çıxışı zamanı deyib.

O bildirib ki, ali təhsil sistemində konservativ və klassik yanaşmalardan bəzi hallarda uzaqlaşmaq lazımdır.

"Ali təhsil müəssisələrimizə çevik qərarların qəbul edilməsi üçün mexanizmlər təklif olunmalıdır. Düşünürəm ki, yaxın zamanlarda bu sahədə islahatlar aparılacaq. Ali təhsil müəssisələrimiz ilk növbədə təhsilin keyfiyyətinin artırılması istiqamətində öz fəaliyyətlərini daha düzgün formada qura biləcəklər" - deyə o qeyd edib.

GÜNÜN MANŞETLERİ

Zühur üçün oxunan FƏRƏC DUASI
DİN

Zühur üçün oxunan FƏRƏC DUASI

1/19/2026 12:10:01 PM
Qəzzada daha bir körpə soyuqdan ölüb
DÜNYA / İSLAM DÜNYASI

Qəzzada daha bir körpə soyuqdan ölüb

1/19/2026 10:45:17 AM