EURO 1,8463 TRY 0,2773
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:30.04.2019 16:47:35

Bu sınaq imtahanına yazılanlar əlavə olaraq bundan əvvəl keçirilmiş 4 sınaq imtahanını da ödənişsiz verə bilərlər.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə otk.az portalı vasitəsilə mütamadi onlayn sınaq imtahanları keçirilir.

DİM-dən İslamazeri.com-a verilən məlumata görə, hazırda portalda qəbul imtahanlarının II mərhələsi üzrə yeni test tapşırıqları istifadə olunmaqla növbəti - 5-ci sınaq imtahanı keçirilir. İmtahana yazılanlar istəklərinə uyğun olaraq günün istənilən vaxtında imtahan üçün nəzərdə tutulan səhifəyə daxil olub bilik və bacarıqlarını yoxlaya bilərlər.

İmtahanda iştirak haqqı 3 manatdır. Bu sınaq imtahanına yazılanlar əlavə olaraq bundan əvvəl keçirilmiş 4 sınaq imtahanını da ödənişsiz verə bilərlər.

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olacaqlar.

 http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya Milliön terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.

Ali məktəblərə qəbul imtahanlarının II mərhələsi üzrə yeni onlayn sınaq imtahanı keçirilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Düşmən təxribatı: Erməni zabiti yaralandı, bir hərbçi öldürüldü, əsgərimiz şəhid oldu
    Ermənistan Ordusu Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədib
     24.02.2020
    Azərbaycanda iki nəfər koronavirus şübhəsi ilə xəstəxanaya aparılıb
    Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, fevralın 24-ü yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.
     24.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ