Ailədə gözəl əxlaq

Ailədə gözəl əxlaq
Yayınlanma tarixi: 3.02.2023 18:03:51

İslamazeri.com-un "Din" rubrikasından...

Kişinin müxtəlif növ ixtilaf və çətinliklərin əmələ gəlməsində təqsiri olmasa belə, yoldaşı ilə pis və tündlüklə rəftar etməyə haqqı yoxdur. Ər və arvadın isti ailə ocağını, uşaqların ilk təlim-tərbiyə məktəbini soyutmağa haqları yoxdur.

 

İslam tarixində oxuyuruq: Allah Rəsulunun (səlləllahu əleyhi və alih) səhabələrindən (dostlarından) biri dünyadan köçdüyü zaman Həzrət onun dəfn mərasimində iştirak edir və mübarək əli ilə onu torpağa tapşırarkən ölənin anası üzünü qəbrə sarı tutub deyir “Sənin üçün ağlamıram, axı nə üçün ağlayım? Bir halda ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əli ilə torpağa tapşırıldın, mütləq xoşbəxtsən”. Anası qəbrin üstündən çəkilən zaman, Peyğəmbər (səlləllahu əleyhi və alih) üzünü səhabələrə tutub buyurur: “Elə bu saat qəbir onu elə sıxdı ki, sinəsinin sümükləri sınıq-sınıq oldu.” Səhabələr soruşdular: “Ya Peyğəmbər, o ki yaxşı adam idi!”
Həzrət buyurdu: “Bəli, amma evdəki rəftarı pis idi.”
Əgər insan əsəblərini cilovlayıb qəzəbini boğarsa, həm ailə problemləri öz həllini tapar, həm də ilk qəbir gecəsində rahat olar və Allah-Taala Qiyamət günü onu bağışlayar. İnşaallah!
Məsum və pak Əhli beytin (əleyhissalam) rəftar və hədislərindən istifadə edərək ibrət dərsi alaq, bir-birimizi moizə edək, o böyük şəxsiyyətlərin başdan-başa nəsihətamiz yaşayışını ülgü götürək və onların qızıl tək sözlərini xatırlayaraq heç vaxt unutmayaq.
Qadın haqqında bir neçə hədis
Mövzunun mühüm olmasıyla əlaqədar məsum İmamlarımızdan (əleyhissalam) bir neçə nümunəvi hədisi qeyd etmək yerinə düşərdi.
Məsumlar (əleyhissalam) buyururlar: “Qadınlarınızın ən yaxşısı o qadındır ki, hər zaman yoldaşını əsəbiləşdirsə və ya onu qəzəbli halda görsə, ona -mənim əlim sənin əlindədir və təkcə sənə təsliməm- söyləsin.
Eləcə də buyurublar: “Əgər bir qadın, əri ondan razı olmadığı halda yuxuya getsə, Allah məlaikələri sübhə qədər ona lənət edərlər.”

GÜNÜN MANŞETLERİ