Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq - KİV

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadacaq - KİV
Yayınlanma tarixi: 8.12.2021 17:25:23

Rusiyaya qarşı iqtisadi sanksiyaların daha altı ay müddətinə uzadılması üçün yaşıl siqnal verəcəyi gözlənilir.

Avropa İttifaqına (Aİ) üzv ölklərin liderləri bu ilin dekabrın 16-17-də keçiriləcək sonuncu sammitdə Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətininin uzadılması barədə siyasi qərar qəbul edəcəklər.

İslamazeri.com APA-ya istinadən xəbər verir ki, TASS- bu barədə diplomatik mənbəyə istinadən yazıb.

"İclasda Ukrayna münaqişəsi ilə bağlı Minsk Razılaşmalarının icrası məsələsinə toxunulacaq, bu kontekstdə liderlərin Rusiyaya qarşı iqtisadi sanksiyaların daha altı ay müddətinə uzadılması üçün yaşıl siqnal verəcəyi gözlənilir, çünki biz bu istiqamətdə heç bir irəliləyiş görmürük. Əksinə vəziyyət daha da gərginləşir", -deyə diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, sammitdən sonra yaxın həftələrdə Brüssel sanksiyaların uzadılması ilə bağlı rəsmi olaraq qərar verəcək, daha sonra bu qərar Aİ-nin Rəsmi Jurnalında dərc olunacaq və qüvvəyə minəcək.

GÜNÜN MANŞETLERİ