Aİ PUA-ların istehsalında istifadə edilən hissələrin İrana ixracını qadağan etdi.
İslamazeri.com-un verdiyi xəbərə görə, Avropa İttifaqı (Aİ) pilotsuz uçuş aparatlarının (PUA) istehsalında istifadə edilən hissələrin İrana ixracını qadağan edib.
Qərara əsasən, PUA-ların istehsalında istifadə oluna biləcək hər cür hissə və materialların Aİ ölkələrindən İrana ixracı qadağan edilib.
Bu, həmçinin İranın dron proqramını dəstəkləyən və ya iştirak edənlərə səyahət qadağaları və aktivlərinin dondurulması da daxil olmaqla məhdudlaşdırıcı tədbirlərin də yolunu açıb.
Avropa İttifaqı həmçinin əvvəlki sanksiya tədbirləri çərçivəsində Rusiya və Suriya hökumətlərinə verdikləri hərbi dəstək səbəbindən 6 İran vətəndaşına sanksiya tətbiq etmək qərarına gəlib.