Aİ-nin Sudandakı səfiri öz iqamətgahında hücuma məruz qalıb

Aİ-nin Sudandakı səfiri öz iqamətgahında hücuma məruz qalıb
Yayınlanma tarixi: 18.04.2023 13:05:56

Avropa İttifaqının (Aİ) Sudandakı səfiri bir neçə saat əvvəl öz iqamətgahında hücuma məruz qalıb.

Avropa İttifaqının (Aİ) Sudandakı səfiri bir neçə saat əvvəl öz iqamətgahında hücuma məruz qalıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissiyanın sədri Jozep Borrel özünün tviter hesabında paylaşım edib.

Borrel paylaşımında "Bu, Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Diplomatik binaların və onların şəxsi heyətinin təhlükəsizliyinin təmin edilməsi Sudan hakimiyyətinin əsas vəzifəsidir və beynəlxalq hüquq çərçivəsində öhdəlikdir" deyib.

Xatırladaq ki, aprelin 15-də Sudanın paytaxtında ordu bölmələri ilə xüsusi təyinatlı qüvvələr arasında döyüşlər başlayıb.

Toqquşmalar başlayandan indiyədək azı 185 nəfər həlak olub, 1 800-dən çox insan yaralanıb. 

Suveren Şuraya rəhbərlik edən Sudan ordusunun komandanı Əbdül Fəttah əl-Burhanla həmin şurada onun müavini olan xüsusi təyinatlı qüvvələrin başçısı Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən ölkədə vəziyyət gərginləşib. Aprelin 15-də Merove şəhərindəki hərbi baza yaxınlığında və paytaxt Xartumda iki güc strukturu arasında toqquşmalar başlayıb.

GÜNÜN MANŞETLERİ