Ağstafada 2 qumbara və digər silah-sursat aşkarlanıb

Ağstafada 2 qumbara və digər silah-sursat aşkarlanıb
Yayınlanma tarixi: 1/18/2023 4:33:20 PM

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Ağstafa rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Rövşən Nəsirov, Şəadət Məmmədov, Babək Məmmədhüseynov və Rafiq Muradov saxlanılıb.

İslamazeri.com xəbər verir ki, saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman narkotik vasitə olan “heroin”, və “marixuana” aşkar edilərək götürülüb.

Bundan başqa, Polis Şöbəsinə rayonun Poylu qəsəbəsi yaxınlığındakı ərazidə silah-sursat olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı oradan 5 ədəd müxtəlif marka və kalibrli ov tüfəngi, 73 ədəd pulemyot patronu, 14 ədəd 7.62 mm-lik, 138 ədəd 5.45 mm-lik avtomat patronu, 81 ədəd boş giliz və 2 ədəd “F1” əl qumbarası aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

GÜNÜN MANŞETLERİ

İran İsrailə hipersəs raket hücumu həyata keçirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailə hipersəs raket hücumu həyata keçirib

3/12/2026 6:13:18 PM
Rusiya İrana humanitar yardım göndərəcək
REGİON / RUSİYA

Rusiya İrana humanitar yardım göndərəcək

3/12/2026 4:00:41 PM
İran İsrailin Təhlükəsizlik Xidməti Şin Beti vurub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin Təhlükəsizlik Xidməti Şin Beti vurub

3/12/2026 3:10:01 PM