EURO 1,9349 NEFT 71,37
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:07.02.2018 23:17:57

Kanal a9-da din pərdəsi altında açıq-saçıq qızlarla deyib-gülən, öz ağlı ilə hədis və ayələrə təfsir gətirən Adnan Oktar haqqında cəza tədbiri həyata keçirilməyə başladı

İslamazeri.com xəbər verir ki, Kanal a9-da din pərdəsi altında açıq-saçıq qızlarla deyib-gülən, öz ağlı ilə hədis və ayələrə təfsir gətirən Adnan Oktar haqqında cəza tədbiri həyata keçirilməyə başladı. Belə ki, bir nüçə gün öncə Diyanət sədri haqqında təhqiramiz ifadə işlədən Adnan Oktarın telekanalı, şirkətləri və verilişində oynayan qadınların qanun pozuntularına yol açdıqları məlum olub.

Adnan Oktarın telekanalına RTÜK (Radio Televiziya Yüksəm Qurumu) adlı qurumun açıqlamasına görə, Radio və Televiziyaların Quruluş və Yayın xidmətləri qanununun 8-ci maddəsinin 1-ci hissəsinin S bəndinin pozulmasına görə, 5 dəfə proqram saxlama ilə bir öncəki ay reklam gəlirinin 5 faizi miqdarında pul cəzası həyata keçiriləcək.

Digər qayda pozuntusu isə, "Adnan Oktar ilə söhbətlər" verilişində bir ayənin təfsiri zamanı musiqi sədaları verilmiş, həmçinin gənc qadın və kişilərin oynaq rəqs musiqi sədaları altında oynamaları, bir qadın iştirakçının uyğun olmayan surətdə Adnan Oktara çox yaxın məsafədə oriantal rəqs etdiyi önə çəkilib.

Telekanal həmçinin, cinsi bərabərliyə zidd, qadınlara yönələn təzyiq və basqıları təşviq edən, qadını istismar edən kimi dəyərləndirilib.
Bu səbəblərə görə, telekanal 5-dəfə proqramların verilməsi dayandırılmaqla, pul cəzası ödəyəcək.

RTÜK verilişlərin birində telekanalın canlı yayım zamanı internet üzərindən verilişlərin aparılacağını göstərən. gizli reklam etdiyi və buna görə də, A9TV-nin digər qanun pozuntusunun bu olduğunu açıqlayıb.

Ümumilikdə isə, Adnan Oktar və telekanalı haqqında 4592 şikayətin daxil olduğu da, yayılan məlumatda qeyd edilib.

Qeyd edək ki, yaxın günlərdə telekanal haqqında daha sərt tədbirlərin həyata keçiriləcəyi gözlənilir. Xatırladaq ki, Adnan Oktar Dini İşlər İdarəsinin sdrinin onun haqqında dediyi "ağlını itirib", sözlərinə, Oktar "Sizin maaşınız fahişəxanaların vergisindəndir", açıqlamasıyla cavab vermişdi.


Adnan Oktar üçün vəziyyət çətinləşməyə başladı - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pensiyaçılara şad xəbər
    Qurban bayramı münasibətilə avqust ayı üzrə bütün növ pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb.
     16.08.2018
    Sahil Babayevdən YENİ TƏYİNAT
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzinə yeni direktor təyin olunub.
     16.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ