EURO 1,8962 TRY 0,2805
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:13.03.2019 16:50:40

İcradan bildirilib ki, abidənin ucaldılacağı ərazidə artıq abadlıq işləri aparılıb

1918-ci ildə Digah qəsəbəsində 9 türk əsgəri şəhid olub və həmin şəhidlər orada dəfn olunub. Bu səbəbdən Türk Şəhidliyi Abidəsi həmin qəsəbədə qoyulur və artıq işlərə start verilib.

Bu barədə Axar.az-a Abşeron Rayon İcra Hakimiyyətindən 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan əsgərlərin xatirəsi üçün ucaldılan Türk Şəhidliyi Abidəsi ilə bağlı məlumat verərkən deyiblər.

İcradan bildirilib ki, abidənin ucaldılacağı ərazidə artıq abadlıq işləri aparılıb:

“Dünən abidənin ucaldılacağı ərazidə icra başçısı İradə xanım Gülməmmədova, Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Volkan Öskiper, rayon ziyalıları və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə ağaclar əkildi. Ümumilikdə 500-ə qədər ağac və gül kolu əkildi. Həmin yerdə Qafqaz İslam Ordusunun erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan və Abşeron rayonunun Digah qəsəbəsindəki qəbiristanlıqda dəfn edilən, adları bəlli olmayan türk əsgərlərinin şərəfinə anım abidəsi inşa olunacaq.

Layihənin müəllifi rayonun baş memarı Akif Əliyevdir. İşlərin 31 mart tarixində yekunlaşması nəzərdə tutulur. Hava şəraitindən asılı olaraq işlər ləngiməsə, abidənin açılışı nəzərdə tutulan tarixdə keçiriləcək”.

Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə salınan abidə 150 kvadratmetr ərazini əhatə edəcək.


Abşeronda Qafqaz İslam Ordusuna abidə ucaldılır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda dəhşətli hadisədə ölən tələbənin FOTOsu - Evin tək oğlu olub
    Faktla bağlı Astara rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
     20.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ