Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:27.10.2021 10:23:35

Bayden Nyu-Cersidəki çıxışı zamanı yumruğunu tutaraq öskürüb və sonra həmin əllə tərəfdarları ilə görüşüb.

ABŞ prezidenti Co Bayden COVİD-19 əleyhinə tətbiq edilən sanitar-gigiyenik qaydalara əməl etməməkdə suçlanıb.

İslamazeri.com “Musavat.com”-a istinadən xəbər verir ki, bu barədə hakim Demokrat partiyası və onun liderinə müxalif mövqeyi, müxalif Respublikaçılar partiyası və keçmiş prezident Donald Trampa yaxınlığı ilə bilinən FOX kanalı məlumat yayıb.

Məlum olub ki, prezident Nyu-Cersi ştatında çıxışı zamanı yumruğunu tutaraq öskürüb və daha sonra həmin əllə tərəfdarları ilə görüşüb. Bu zaman prezidentinin əlində rezin əlcəklər olmayıb. Halbuki bu yaxınlarda onun kabinet üzvlərindən birinin koronavirusa yaxalandığı üzə çıxmışdı.

Telekanalın xəbərinə görə, cəmi bir həftə bundan öncə ABŞ-ın daxili təhlükəsizlik naziri Alexandro Mayorkasın COVİD-19 virusuna yoluxduğu bəlli olub. FOX Mayorkasın xəstəliyə tutulmazdan qabaq Co Baydenlə görüşdüyünü təsbit edib.

Bundan başqa, Birləşmiş Ştatlar prezidentini ciddi maska rejimi tətbiq olunan paytaxt Vaşinqtonda, dəniz məhsulları mətbəxi ilə məşhur bir restoranda yenə maskasız oturduğunu görüblər.


ABŞ telekanalı: “Co Bayden sanitar-gigiyenik qaydalara əməl etmir”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ