"ABŞ silahlarının Hörmüz boğazından keçməsinə icazə verməyəcəyik"

Yayınlanma tarixi: 5/14/2026 10:44:54 AM

"ABŞ silahlarının Hörmüz boğazından keçməsinə icazə verməyəcəyik".

İslamazeri.com xəbər verir ki, İran Ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəminiya bildirib ki, "ABŞ silahlarının Hörmüz boğazından keçməsinə icazə verməyəcəyik".

İran Ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəminiya ölkənin keçmiş Baş Qərargah rəisi, şəhid general-mayor Seyid Əbdülrəhim Musəvinin 40-cı anım mərasimində çıxış edib.

Briqada generalı Əkrəminiya bildirib ki, "İran xalqının və silahlı qüvvələrimizin qətiyyəti düşmənin məqsədlərinə çatmasına mane oldu. Atəşkəsə baxmayaraq, biz hazırıq".

İranın Hörmüz boğazı üzərində tam nəzarətini vurğulayan briqada generalı Əkrəminiya deyib: "Hazırda Hörmüzün qərb hissəsi İnqilab Keşikçiləri Dəniz Qüvvələrinin, şərq hissəsi isə İran Ordu Dəniz Qüvvələrinin nəzarəti altındadır".

Hərbi sözçü bildirib ki, 40 günlük müharibə zamanı bölgədəki ABŞ bazalarında yerləşdirilən silahlar məhv edilib və əlavə edib ki, "ABŞ silahlarının bir daha Hörmüz boğazından keçməsinə icazə verməyəcəyik".

GÜNÜN MANŞETLERİ