1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:24.03.2020 11:14:26

Qarşıdakı həftələrdə İran və Venesuelaya 200 milyon avro dəyərində zəruri əmtəə malları göndəriləcək.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bu sözləri  Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell  bildirib.

Onun sözlərinə görə, İran və Venesuelanın koronavirusla mübarizə məqsədilə Beynəlxalq Valyuta Fondundan maliyyə yardımları almaq üzrə tələblərini dəstəkləyir.

 Borrel dünən videokonfransında ABŞ-ın sanksiyaları şəraitində İran və Venesuelaya dərman yardımlarının göstərilməsi vacibliyini vurğulayıb.

Borrel bildirib ki,  qarşıdakı həftələrdə İran və Venesuelaya 200 milyon avro dəyərində zəruri əmtəə malları göndəriləcək.

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell  İran və Venesuelanın başlıca olaraq, Amerikanın sanksiyaları üzündən çətin vəziyyətdə olduqlarını bildirib. O, bu ölkələrlə qida maddələri və dərmana şamil olan humanitar həmkarlıqlar və ticarət mübadilələrinin həyata keçirilməsini mühüm adlandırıb.

Borrel bir daha, koronavirusla mübarizədə sürətli maliyyə imkanlarından istifadə etmələri üçün Beynəlxalq Valyuta Fondunun bu beynəlxalq orqana üzv digər ölkələr kimi İran və Venesuela ilə eyni həmkarlığa malik olmasını qeyd edib.

İranın Mərkəzi Bankının müdiri Əbdulnasir Hemməti son zamanlar bildirdi ki, koronavirusla mübarizə istiqamətində Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyevaya məktubda İranın həmin fonddan 5 milyard dollar məbləğində sürətli yardım almaq üçün müraciət edib.

Eyni zamanda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Beynəlxalq Valyuta Fondundan istəyib ki, koronavirusla mübarizə üzrə xas şəraitə görə, İrana sürətli yardım göstərsin.


ABŞ sanksiyalarına baxmayaraq İran və Venesuelaya 200 milyon avro yardım olacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Sistani koronavirusdan ölənlərin kəfən, dəfn və digər məsələləri açıqladı - ƏTRAFLI
    İraq mediası Ayətullah Seyid Sistaninin koronavirusa yoluxaraq ölənlərin kəfən və dəfn edilməsi barədə suallara verdiyi cavabları yayımlayıb.
     29.03.2020
    Həzrət Əbəlfəzl Abbasın (ə) mövlud günüdür
    Əziz müsəlman bacı və qardaşlarımızı cihad meydanının qəhrəmanı olan Həzrəti Əbəlfəzli Abbasın(ə) mövludu münasibəti ilə təbrik edirik!
     29.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ