1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.09.2020 13:37:36

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Cozef Bayden açıqlamaları ilə yadda qalıb

Bu barədə İslamazeri.com "Sputnik-ə istinadən xəbər verir.

"Mən hesab edirəm ki, Rusiya - düşməndir. Mən doğrudan da belə düşünürəm", - deyə Bayden qeyd edib.

O əlavə edib ki, Moskvanın ABŞ seçkilərinə iddia edilən müdaxiləsi sübut olunsa, ondan "intiqam alınacaq": "Mən müharibəni nəzərdə tutmuram, lakin onlar bunun bədəlini ödəyəcəklər, bunun iqtisadi bədəli olacaq".

Demokratın sözlərinə görə, Rusiya onu ABŞ prezidenti postunda görmək istəməzdi.

Qeyd edək ki, daha əvvəl Birləşmiş Ştatlar Prezidenti Donald Tramp ölkədə keçiriləcək prezident seçkisinə ən böyük təhdidin poçtla səsvermə olduğunu bildirib.

Prezidentliyə namizəd Trampın fikrincə, poçtla səsvermə seçkiyə xarici müdaxilə ehtimalından da ciddidir.

"Budəfəki seçkiyə ən ciddi təhlükə milyonlarla adam tərəfindən göndərilən və qubernatorların nəzarətində olan bülletenlərdir", - deyə Tramp qeyd edib.

Qeyd edək ki, Tramp daha əvvəl də poçtla səsvermə prosedurunu tənqid edib. O əmindir ki, belə seçkilər saxtalaşdırıla bilər.

Xatırladaq ki, ABŞ-da prezident seçkisi bu ilin noyabrında baş tutacaq.


ABŞ prezidentliyinə namizəd düşmən ölkənin adını dedi - İran deyil...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT
    Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
     24.01.2021
    Gürcüstanda ticarət mərkəzləri 1 fevraldan açılır
    Gürcüstanda bazarların açılması ilə bağlı gündəmdə olan məsələ məlum olub
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ