ABŞ-İsrail Tehrandakı bir sinaqoqu yerlə-yeksan etdi - VİDEO

ABŞ-İsrail Tehrandakı bir sinaqoqu yerlə-yeksan etdi - VİDEO
Yayınlanma tarixi: 4/7/2026 5:46:01 PM

ABŞ-İsrail Tehrandakı bir sinaqoqu vurub.

İranın paytaxtı Tehrandakı bir sinaqoqun ABŞ-İsrail hava hücumlarından birində "tamamilə dağıldığı" bildirilir.

İslamazeri.com xəbər verir ki, səhər tezdən şəhərdə həyata keçirilən hava hücumlarında Rafi-Niya sinaqoqunun hədəf alınıb.

Yerli media orqanları tərəfindən dərc edilən görüntülərdə xilasetmə qruplarının binanın dağıntılarını axtardığı və yerə səpələnmiş ibrani dini mətnləri olduğu görünür.

Hücumda hər hansı bir itkinin olub-olmadığı barədə hələlik məlumat yoxdur.

Bina "Xorasan yəhudilərinin qeyd etmək üçün toplaşdığı ən vacib yerlərdən biri" kimi təsvir edilib.

GÜNÜN MANŞETLERİ