1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:03.01.2020 20:03:26

"Süleymaninin öldürülməsi sübut etdi ki, ABŞ-ın Yaxın Şərqdəki məqsədi heç də terrorizmlə mübarizə deyil"

İslamazeri.com Rasthaber Azərbaycan-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Suriya parlamenti ilə əlaqə qrupunun koordinatoru Dmitri Sablin bildirib.

"General Qasım Süleymaninin öldürülməsi bir daha sübut edir ki, ABŞ-ın Yaxın Şərqdəki məqsədi heç də terrorizmlə mübarizə deyil. Süleymani İŞİD-ə, eyni zamanda İraq və Suriyada mövcud  olan digər terrorçu qruplaşmalara qalib gəlməkdə az rol oynamayıb. ABŞ artıq dünya jandarmı rolu ilə barışmır, indi də dünya cəlladı olmaq fikrinə düşüb", - Sablin deyə qeyd edib.

Rusiyalı siyasətçinin sözlərinə görə, bu cür fəaliyyət qanunsuz qəsddən başqa bir şey deyil və regionda, eləcə də Suriyada vəziyyəti kəskin pisləşdirəcək.

"Əgər ABŞ Prezidenti fərdi, balaca, qalibiyyətli müharibə arzusundadırsa, qoy özündən əvvəlki prezidentlərin İraqdakı və Liviyadakı nəticələrinə nəzər salsın", - deputat deyib.

Sablin İran xalqına başsağlığı verərək, Süleymaninin ağıllı, ölkəsinə və müqəddəs amallara, döyüşçü sözünə sadiq qalan,  döyüş meydanında həyatını itirən mərd adlandırıb. 


ABŞ-ın məqsədi terrorizmlə mübarizə deyil - Rus deputat

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırdı
    Səudiyyə Ərəbistanı İranda yeni koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar vətəndaşlarına və ölkədə yaşayan əcnəbilərə xəbərdarlıq edib.
     22.02.2020
    İranın ABŞ bazasına hücumunda yaralanan hərbçilərin sayı 110 oldu
    İranın ABŞ-ın İraqdakı bazasına endirdiyi raket zərbələri nəticəsində kontuziya alan hərbçilərin sayı 110-a çatıb.
     22.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ