EURO 1,8999 NEFT 45,54
USD 1,7022 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:17.06.2017 14:32:48

ABŞ Suriya kürdlərinin “Demokratik İttifaq Partiyası” (PYD) üzvlərini silahla təchiz etməyə davam edir.

İslamazeri.com-un türk mediasına isitnadən verdiyi xəbərə əsasən, ABŞ Suriya kürdlərinin “Demokratik İttifaq Partiyası” (PYD) üzvlərini silahla təchiz etməyə davam edir. ABŞ bu addımı adıçəkilən partiyaya İŞİD terrorçuları ilə mübarizədə yardım adı altında atır. Ötən 10 gün ərzində kürdlərin nəzarətindəki ərazilərə içərisi silahla dolu 130 furqon gəlib çatıb.

Qeyd edilir ki, təkcə cümə günü İraq ərazisindən Suriyanın Həsəkə əyalətinə 50 silah furqonu gəlib. Bundan başqa, ABŞ PYD nəzarətindəki ərazilərə iyun ayının 5-i 60, 12-si isə 20 furqon da göndərib.

Trampın PYD-yə silah tədarükünə “yaşıl işıq yandırmasından” sonra 1 ay ərzində regiona azı 348 silah dolu furqon gəlib.

Pentaqonun məlumatına əsasən, ABŞ-ın PYD-yə tədarük edəcəyi silahlar siyahısına 12 min avtomat, 6 min pulemyot, 3,5 min dəzgahlı pulmeyot, 3 min “RPG-7” qumbaraatanı, 1 min “AT-4” qumbaraatanı və “SPG-9” tankəleyhinə qumbaraatanı daxildir. Bundan başqa, Suriya kürdlərinə 235 minaatan, 100 snayper tüfəngi, 450 gecə binoklunun da verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp suriyalı kürdlərə ağır silahların verilməsi planını imzalayaraq təsdiq edib. Kürdlərə ediləcək mümkün silah tədarükü rəsmi Ankaranın kəskin narazılığına səbəb olub. Çünki Türkiyə, həmin kürd dəstələrini PKK terror təşkilatı ilə əlaqəli hesab edir.


ABŞ-ın kürdlərə verdiyi silahlar - SİYAHI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • TAYDER İstanbulda tələbə və müəllimlərin iştirakı ilə
    Türkiyənin tanınmış təşkilatı Qüds günü ilə əlaqədar “Fələstinin dünəni, bu günü və gələcəyi” adlı tədbir keçirib.
     25.06.2017
    Trampın kürəkəni və baş müşavirinin istəyi Fələstin prezidentini qəzəbləndirib
    Mahmud Abbas Kuşnerin bu istəyinin İsrailin xeyrinə olduğunu deyərək, istəyini qəbul etməyib.
     24.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ