EURO 1,955 NEFT 78,94
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:09.10.2018 20:38:11

KITA məlumatlarına görə, Cənubi Koreyada 2017-ci ilin sonunda İranla ticarət edən 2 min 671 şirkət olub.

Cənubi Koreya xəbər agentliyi "Yonhap"da yer alan xəbərə görə, 2018-ci ilin 8 aylıq hissəsində Cənubi Koreyanın İrana ixracı 21,9 %, bu ölkədən həyata keçirdiyi idxal isə 23,7 % azalıb.

İslamazeri.com xəbər verir ki, Koreya Beynəlxalq Ticarət Birliyi (KITA) məlumatlarına görə, yanvar ilə avqust ayları arasında Cənubi Koreya, İrandan 4,05 milyard dollar dəyərində idxal, 2,08 milyard dollar dəyərində isə məhsul ixrac edib.

İki ölkə arasındakı ticarətdə ən böyük azalma, ABŞ-ın İrana qarşı sanksiyaları yenidən qüvvəyə qoyduğu avqust ayında baş verib. İdxal avqust ayında əvvəlki aya görə 67,8 %, ixrac isə 41,6 % geriləyib.

Cənubi Koreyanın İrandan etdiyi idxalın 93,6 %-ni xam neft təşkil edir. Ölkə bunun əvəzində İrana avtomobil, sənaye avadanlıqları, polad və plastik məhsulları satır.

KITA məlumatlarına görə, Cənubi Koreyada 2017-ci ilin sonunda İranla ticarət edən 2 min 671 şirkət olub.


ABŞ-ın İrana sanksiyası Cənubi Koreyaya mənfi təsir etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səudiyyə rejiminin Qaşıqçı təlaşı
    Səudiyyə xanədanlığının Qaşıqçı cinayəti səbəbilə təlaşlandığı bildirilir.
     18.10.2018
    General Səlami: Düşmən İran qarşısında məğlub olma dərsini öyrənib
    İran Sipahi Ordusu ikinci komandanı general Hüseyn Səlami düşmənin uğursuz və məğlub olma dərsini çox yaxşı öyrəndiyini bildirib.
     18.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ