ABŞ Ermənistan və Azərbaycan sərhədindəki missiyanı alqışlayıb

ABŞ Ermənistan və Azərbaycan sərhədindəki missiyanı alqışlayıb
Yayınlanma tarixi: 8.10.2022 10:36:34

ABŞ Ermənistan və Azərbaycan sərhədində Avropa Birliyi (AB) missiyasının yaradılmasını alqışlayır və bunun tərəflər arasında danışıqları asanlaşdıracağına ümid edir.

“İslamazeri.com”-un xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel deyib.

“Biz Ermənistanın Baş naziri ilə Azərbaycan Prezidenti arasında görüşdən məmnunluq duyur və hərtərəfli sülh prosesinə təkan vermək üçün Fransa Prezidentinin və Avropa Şurası rəhbərinin addımlarını alqışlayırıq”.

Eyni zamanda Dövlət Departamentinin rəsmisi ABŞ-ın AB-nin regionda müşahidəçi missiyası məsələsində irəliləyişi alqışladığını bildirib:

“Bu missiya tərəflər arasında etimadın yaradılmasına xidmət edir və Ermənistanla Azərbaycan arasında danışıqlara töhfə verməyə davam edəcək”.

Xatırladaq ki, Avropa Şurasının bəyanatına əsasən, AB-nin mülki missiyası oktyabrda Azərbaycan-Ermənistan sərhədində (Ermənistan tərəfdə – red.) iki ay davam edəcək fəaliyyətə başlayacaq.

GÜNÜN MANŞETLERİ