ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib ki, Venesuela hökuməti Ağ Evin göstərişlərini yerinə yetirmədiyi təqdirdə, Birləşmiş Ştatlar bu ölkəyə qarşı təzyiqləri daha da artıracaq.
İslamazeri.com xəbər verir ki, o, bildirib: Bizim mövqeyimiz onların atacağı addımlardan asılıdır və görəcəyik hansı addımları atacaqlar.
ABŞ-nin dövlət katibi vurğulayıb ki, əgər Venesuela hakimiyyəti düzgün qərar qəbul etməsə, ABŞ-nin təzyiq göstərmək üçün müxtəlif vasitələri mövcuddur.
ABŞ prezidenti Donald Tramp Karakasa hücumdan və Venesuela prezidenti Nikolas Maduronun qaçırılmasından sonra açıqlayıb ki, Venesuela ilə bağlı məsələlərin icrası Marko Rubionun səlahiyyətinə verilib.