EURO 2,0296 NEFT 57,34
USD 1,7008 RUB 0,0295
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.09.2017 11:35:31

"NATO üzvü olan ölkələrin NATO sistemlərilə uyğun hərbi sursat istifadə etmələri mühümdür. Rusiya sistemi, əgər Türkiyə bəhs edildiyi kimi S-400-ləri alsa, bu standartlara uyğun olmayacaq və bu bizim üçün narahatedici bir vəziyyətdir"

ABŞ Xarici İşlər Nazirliyi mətbuat katibi Heather Nauert gündəlik mətbuat konfransında bir sual üzərinə, Türkiyə ilə Rusiya arasındakı S-400 müdafiə sistemi görüşləri haqqında danışıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Nauert, "NATO üzvü olan ölkələrin NATO sistemlərilə uyğun hərbi sursat istifadə etmələri mühümdür. Rusiya sistemi, əgər Türkiyə bəhs edildiyi kimi S-400-ləri alsa, bu standartlara uyğun olmayacaq və bu bizim üçün narahatedici bir vəziyyətdir",- deyə bildirib.

Türkiyənin əsas müxalifət partiyası CHP-nin sədri Kamal Kılıçdaroğlu da S-400 müqaviləsinin müsbət nəticələr verməyəcəyini söyləmişdi. CHP lideri "Bir ölkənin silah sistemləri arasında uyğunluq olmalıdır. Bir-birini tamamlayan sistemlər olması lazımdır. Müxtəlif ölkələrdən müxtəlif silahlar alsanız, bu gələcək üçün müsbət nəticələr verməz",- demişdi.

Pentaqonun mətbuat katibi Conni Maykl isə, "Böyük ehtimalla alınacaq olan S-400-ə dair narahatlıqlarımızı Türkiyə rəsmilərinə çatdırdıq. Türkiyəni regiondakı bütün təhdidlərə qarşı müdafiə etmək üçün ən yaxşı variant NATO sistemlərilə bir yerdə işləyə biləcək raket əleyhinə müdafiə sistemidir",- demişdi.

Rusiya Prezidenti Vladimir Putinin hərbi-texniki əməkdaşlıq üzrə müşaviri Vladimir Kojin TASS xəbər agentliyinə verdiyi müsahibədə, Rusiya ilə Türkiyə arasında S-400 raket sistemlərinin alınmasına dair müqavilənin imzalandığını və həyata keçirilməyə hazırlandığını bildirmişdi.


ABŞ-dan Türkiyənin Rusiyadan aldığı S-400-lə bağlı AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • BP-nin Bakıdakı baş ofisində bütün işçilər təxliyyə edildi - FOTO
    Əraziyə yanğınsöndürənlər gəlib.
     25.09.2017
    Ermənistan ordusunda dava düşüb, iki əsgər güllələnib
    Onlar ağır bədən xəsarətləri ilə hospitala təxliyyə ediliblər, vəziyyətləri ağırdır.
     25.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ