1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.04.2020 12:05:07

ABŞ-ın səhiyyə rəsmilərinin bildirdiyinə görə, bu həftə koronavirusun yayılması zirvə nöqtəsinə çatacaq.

İslamazeri.com amerikanınsəsi-nə istinadən xəbər verir ki, dünyanın əhali sayına görə, 3-cü ən böyük ölkəsi olan Amerikada virusdan ölənlərin sayı 22 mindən çoxdur. Son 4 gün ərzində hər gün 2 minə yaxın ölüm faktı qeydə alınıb.Ölüm göstəriciləri Nyu-Yorkda olduqca yüksəkdir.

Ekspertlər hesab edir ki, bu rəqəm bildirildiyindən daha yüksəkdir. Belə ki, tənıəs xəstəliklərindən evdə ölənlər hesaba alınmır.

"Biz zirvəyə yaxınlamışıq" - deyə, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfild bildirib.

"Evdə qal" göstərişinə əməl edilməməsi ilə xəstəlik ciddi şəkildə yayıla bilər.

Həftələrdir ölkədə bir çox bizneslərin bağlanması iqtisadiyyata ağır zərbə vurub. Hazırda bizneslərin nə qədər bağlı qalacağı və səyahət məhduddiyyətlərinin nə zamana qədər davam edəcəyi bir çox sual qaldırıb.
Aprelin 12-də Tramp administrasiyası mayın 1-dən etibarən bəzi məhdudiyyətlərin aradan qaldırılacağını bəyan etsə də, məhdudiyyətlərin tam olaraq nə zaman ləğv ediləcəyini demək üçün hələ tez olduğunu bildirib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfild iqtisadiyyatın nə zaman açılacağını deməyib, lakin distansiya saxlanılması ilə bir çox ölüm hallarının qarşısının alındığını bildirib.

"Düzgün yolla açılacağımıza şübhə yoxdur. Bu, tədrici bir proses olacaq. Göstəricilərə uyğun hərəkət ediləcək" , Redfild deyib.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə ölkənin açılışa hazır olmadığını bildirib.

Konqres bu həftə pandemiyanın sürətinin azaldılması üçün növbəti addımları nəzərdən keçirir. Demokratlar koronavirusla mübarizədə kiçik bizneslərə yardımların artırılmasını istəyir.

"Bu, gözləyə bilməz", Pelosi bildirib.

Prezident Tramp infeksion xəstəliklər üzrə baş ekspert Entoni Fauçinin işdən azad edilməsi çağırışlarını təkrar edib. Fauçi deyib ki, virusla mübarizə ölkənin daha tez bağlanması ilə asan ola bilərdi.

Trampın tviti onun səbrinin tükəndiyi və bu tanınmış alimi işdən kənar edə biləcəyinə dair şaiyələri artırıb.

Ağ Ev Trampın çağırışına münasibət bildirməyib.


ABŞ-da bu həftə koronavirusun yayılması zirvə nöqtəsinə çatacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Mədinə şəhərindəki Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq
    Səudiyyə Ərəbistanı pandemiya səbəbindən krallıqda bağlanan məscidlərin tədricən açılacağını elan edib.
     30.05.2020
    Azərbaycanda
    Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
     30.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ