1. http://www.islamazeri.com/

Kateqoriya :

Yayınlanma tarixi:13.09.2017 09:54:54

"Şimali Koreyaya tətbiq edilmiş sanksiyaları icra etməyəcəyi təqdirdə Çinə qarşı da sanksiyalar tətbiq edəcəyik".

ABŞ Şimali Koreyaya tətbiq edilmiş sanksiyaları icra etməyəcəyi təqdirdə Çinə qarşı da sanksiyalar tətbiq edəcəyilə hədələyib.

İslamazeri.com-un RT-yə istinadən xəbərinə görə, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan edib ki, Çin sözügedən sanksiyalara əməl etməzsə Pekinin ABŞ-ın maliyyə sisteminə çıxışı dayandırılacaq. Dünən Nyu-Yorkda keçirilmiş toplantıda çıxış edən Mnuçin bildirib ki, Pxenyana qarşı tətbiq edilmiş sanksiyalar işə yarayır.

"Biz hamıya mesaj göndərərək bəyan etmişik ki, hər hansı ölkənin Şimali Koreya ilə ticarət əməkdaşlığını davam etdirmək istəyini bizimlə əməkdaşlıqdan imtina etmək kimi dəyərləndirəcəyik. Əgər Çin bu sanksiyaların tələblərinə riayət etməyəcəksə, onlara qarşı da yeni sanksiyalar tətbiq edəcəyik və Çinin ABŞ və beynəlxalq dollar sisteminə çıxışını bağlayacağıq", - deyə amerikalı nazir diqqətə çatdırıb.


ABŞ Çini "dollarsız saxlamaqla" təhdid edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO rəhbəri bir daha Ərdoğandan üzr istədi
    Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.
     19.11.2017
    Bakıda 16 mərtəbəli binada yanğın: Bina sakinləri təxliyyə edilir
    Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda bina sakinləri təxliyyə edilir.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ