Perunun şimalında yerləşən mumyalanmış sümüklər 2016-ci ildə kəşf edilmişdi.

İslamazeri.com Dünya mediasına istinadən xəbər verir ki, Perunun paytaxtı Limada tədqiqatçılar 5000 il əvvəl antik Karal mədəniyyətində yaşamış olan zadəgan bir qadının kəllə sümüyünü rəqəmsal olaraq yenidən formalaşdırıb və üç ölçülü (3D) olaraq "həyata qaytarıb".
Perunun şimalında yerləşən mumyalanmış sümüklər 2016-ci ildə kəşf edilmişdi.
Üç ölçülü üz quran Cicero Moraes: "Qarşılaşdığımız ən böyük çətinlik kəlləni yenidən formalaşdırmaq olub. Tarixi araşdırmadan bu kimi şeyləri etmək mümkün deyil. Karaldakı bu sahənin mütəxəssisləri ilə görüşdük. Kuatro Tupus qadınının simasını üzə çıxarmağımızda bizə çox yardımları oldu".
Karal mədəniyyəti Amerika qitəsində növünün ən qədim nümunəsi kimi tanınır. 40-50 yaşlarında olduğu bildirilən qadının mumiya məzarından əsilzadə olduğuna işarə edən hədiyyələr, ləl-cəvahirat və əllə düzəldilmiş əşyalar çıxmışdı.
Kuatro Tupus qadını adı verilən mumyalanmış bədən Karal şəhərinin 22 km uzaqlığındakı antik bir balıqçı qəsəbəsində tapılıb.
5000 yaşlı zadəgan Karal qadını - FOTO-VİDEO