Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:4.12.2021 19:46:25

Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.

İslamazeri.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası xəbər verib.

Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılmışlar. Qeyd olunmalıdır ki, humanizm prinsiplərinə sadiq olan Azərbaycan Respublikası bir müddət öncə 26 noyabr 2021-ci il tarixində erməni əsilli bir mülki şəxsin və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verilməsini təmin etmişdir.

Eyni zamanda aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim etmişdir.

Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk.


10 erməni hərbi qulluqçu müqabilində bütün minalanmış xəritə əldə edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DİM-dən informatika fənni üzrə imtahan modeli ilə bağlı YENİ QƏRAR
    Dövlət İmtahan Mərkəzi (DİM) informatika fənni üzrə imtahan modeli ilə bağlı yeni qərar verib.
     24.01.2022
    NATO Şərqi Avropadakı müttəfiq ölkələrə əlavə hərbi gəmi və təyyarə göndərir
    NATO Şərqi Avropadakı müttəfiq ölkələrə əlavə döyüş təyyarələri və döyüş gəmiləri göndərəcəyini açıqlayıb.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ