1 iyunda Hacı Sərdarın məhkəməsi keçiriləcək

1 iyunda Hacı Sərdarın məhkəməsi keçiriləcək
Yayınlanma tarixi: 20.05.2023 10:57:04

İki gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirilib.

İslamazeri.com xəbər verir ki, bu barədə "maide.az"ın sosial şəbəkə səhifələri məlumat yayıb. Məlumata görə, məhkəmə iclası qapalı olub, həmçinin prosesdə ifadə verən bəzi şahidlər "maide.az"-a bildiriblər ki, onların ilkin istintaqa verdikləri ifadələr dəyişdirilib; İfadələrdə Şeyx Sərdar Hacıhəsənlinin əleyhinə fikirlər yer alıb və imzaları saxtalaşdırılıb.
Məhkəmə prosesində şahidlər onların adından təqdim olunan təhrif olunmuş ifadəni təkzib ediblər.
Həmin şahidlər onların adından çəkilmiş imzaların ekspertizaya təqdim olunması tələbini irəli sürüblər.
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli həbsini İranla Azərbaycan arasında gərginləşən münasibətlərlə bağlı olduğunu bildirir. Özünü təqsirli bilmir və ittihamları qətiyyən qəbul etmir. Ifadə verməkdən də imtina edir.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55