“Zəfər turniri”nin püşkü atılıb

“Zəfər turniri”nin püşkü atılıb
Yayınlanma tarixi: 30.10.2022 09:58:05

AFFA-nın təşkilatçılığı ilə üçüncü dəfə təşkil ediləcək ənənəvi “Zəfər turniri”nin püşkü atılıb.

İslamazeri.com xəbər verir ki,  turnirdə futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar, eləcə də AFFA-nın və Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarından ibarət komandalar mübarizə aparacaqlar.

Turnirin keçirilməsində məqsəd 44 günlük Vətən mühabirəsində qazanılmış qələbəni futbol veteranları, klub nümayəndələri ilə birlikdə qeyd etmək, onların asudə vaxtlarını daha səmərəli təşkil etməkdir.

Püşkün nəticəsinə görə, noyabrın 2-də keçiriləcək təsnifat mərhələsində “Qəbələ” – AFFA, “Turan Tovuz” – “Sumqayıt”, “Sabah” – “Səbail” və PFL – “Şamaxı” oyunları keçiriləcək. Dörddəbir final mərhələsində isə “Neftçi” – “Qəbələ” / AFFA cütünün qalibi, “Qarabağ” – “Turan Tovuz” / “Sumqayıt” cütünün qalibi, “Zirə” – “Sabah” / “Səbail” cütünün qalibi və “Kəpəz” – PFL / “Şamaxı” cütünün qalibi ilə üz-üzə gələcək.

GÜNÜN MANŞETLERİ