VTB İranda filial açdıqdan sonra İran bankları da Rusiyada filial açacaq

VTB İranda filial açdıqdan sonra İran bankları da Rusiyada filial açacaq
Yayınlanma tarixi: 5/19/2023 12:50:43 PM

Bu qərar VTB Bankın İranda mayın 17-də baş tutan ilk nümayəndəliyinin açılışından sonra qəbul edilib

İslamazeri.com xəbər verir ki, İran hakimiyyəti ölkədə investisiya imkanlarını müəyyən etmək üçün iki İran bankına Rusiyada nümayəndəlik və filial açmağı tövsiyə edib. Bu barədə ISNA agentliyi İran Mərkəzi Bankının sədr müavini Möhsün Kərimiyə istinadən məlumat yayıb.

“Biz Rusiyada kommersiya və iqtisadi investisiya imkanlarını müəyyən etmək üçün iki banka <…> nümayəndəliklər, sonra isə filiallar açmağı tövsiyə etdik”, - deyə Kərimi bildirib.

Agentliyin məlumatına görə, bu qərar VTB Bankın İranda mayın 17-də baş tutan ilk nümayəndəliyinin açılışından sonra qəbul edilib. İran tənzimləyici orqanın rəhbərinin müavini bu addımı yüksək qiymətləndirib və bunu İran - Rusiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı başlanğıc adlandırıb.

 

GÜNÜN MANŞETLERİ

İsrail Livanı bombaladı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanı bombaladı

6/18/2026 2:36:19 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

6/18/2026 1:17:01 PM
İran Rusiyadan 21 ədəd helikopter alacaq
REGİON / İRAN

İran Rusiyadan 21 ədəd helikopter alacaq

6/18/2026 1:00:01 PM
Sabah ölkə üzrə pensiyalar ödəniləcək
ÖLKƏ / MÜXTƏLİF

Sabah ölkə üzrə pensiyalar ödəniləcək

6/18/2026 12:11:58 PM