Tviterin işində problem yaranıb

Tviterin işində problem yaranıb
Yayınlanma tarixi: 13.02.2023 10:10:18

Tviterin işində problem yaranıb.

Dünyanın bir sıra ölkələrində tviter sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

İslamazeri.com “Report”a istinadən xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Qeyd edilir ki, nasazlıqlardan ən çox ABŞ, Kanada, Böyük Britaniya, Almaniya və Fransada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər.

Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi sayt və proqramın işində nasazlıqların olmasından gileylənirlər.

GÜNÜN MANŞETLERİ