Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi

Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi
Yayınlanma tarixi: 5/23/2024 10:36:53 AM

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun mayın 23-də rəsmi qarşılanma mərasimi olub.

İslamazeri.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verib. Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Tacikistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Azərbaycan nümayəndə heyəti Tacikistan Prezidentinə, Tacikistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkdiriblər.
 
 

GÜNÜN MANŞETLERİ

SABAHIN HAVASI
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVASI

7/25/2026 1:29:54 PM
Bəhreyn və Küveytdən İrana ilk birbaşa hücum
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Bəhreyn və Küveytdən İrana ilk birbaşa hücum

7/25/2026 10:30:01 AM
Sorğu: İsraillilərin əksəriyyəti Netanyahunu istəmir
DÜNYA / MARAQLI

Sorğu: İsraillilərin əksəriyyəti Netanyahunu istəmir

7/25/2026 10:10:03 AM
İmam Zamanın (ə.f) razılığı
DİN

İmam Zamanın (ə.f) razılığı

7/25/2026 12:00:01 AM